...

İtaliyada bir həftədə 71 nəfər Qərbi Nil virusuna yoluxub

Dünya xəbərləri Materials 25 Avqust 2022 14:03 (UTC +04:00)
İtaliyada bir həftədə 71 nəfər Qərbi Nil virusuna yoluxub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyada son bir həftə ərzində 71 nəfər Qərbi Nil virusuna yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Ali Səhiyyə İnstitutu bildirib.

İyunun əvvəlindən etibarən İtaliyada bu virusa yoluxanların sayı 301 nəfərə çatıb.

Bu müddət ərzində, həmçinin 15 nəfər Qərbi Nil virusundan ölüb. Onlardan iki nəfərinin ölümü son bir həftə ərzində qeydə alınıb.

Qeyd edək ki, Qərbi Nil virusunun əsas daşıyıcıları ağcaqanadlar hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti