...

ABŞ Avstraliyaya 1,95 milyard dollarlıq vertolyotlarının satışını təsdiqləyib

Dünya xəbərləri Materials 26 Avqust 2022 04:24 (UTC +04:00)
ABŞ Avstraliyaya 1,95 milyard dollarlıq vertolyotlarının satışını təsdiqləyib

Bakı. Trend:

ABŞ administrasiyası Avstraliyaya ümumilikdə 1,95 milyard dollar dəyərində "Black Hawk UH-60M" vertolyotları və müvafiq avadanlıq satmaq qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Müdafiə Əməkdaşlıq və Təhlükəsizlik Departamenti məlumat yayıb.

Qeyd olunur ki, Avstraliya hakimiyyəti 40 UH-60M vertolyotlarının, eləcə də bir sıra müxtəlif avadanlıq və hissələrin alınmasını xahiş edib.

ABŞ administrasiyası bildirib ki, Vaşinqtonun nöqteyi-nəzərindən texnikanın satışı “regionda əsas hərbi balansın dəyişməsinə gətirib çıxarmayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti