...

Braziliyanın keçmiş prezidenti korrupsiya faktlarını etiraf edib

Dünya xəbərləri Materials 26 Avqust 2022 08:01 (UTC +04:00)
Braziliyanın keçmiş prezidenti korrupsiya faktlarını etiraf edib

Bakı. Trend:

Qarşıdan gələn seçkilərdə yenidən namizədliyini irəli sürən Braziliyanın keçmiş prezidenti Luiz İnasio Lula da Silva (2003-2010) lideri olduğu İşçi Partiyasında hakimiyyətdə olduğu illərdə korrupsiya faktlarını etiraf edib.

Trend-in məlumatına görə, 2018-2019-cu illərdə Lula da Silva korrupsiya ittihamı ilə 580 gün həbsdə qalıb və bu, onun o vaxtkı seçki yarışında iştirakına mane olub.

Eyni zamanda, Lula da Silva özü də həmişə günahsızlığından danışaraq, siyasi məqsədlər üçün ədalətdən sui-istifadənin qurbanı olduğunu bəyan edib.

O, dövlət başçısı seçiləcəyi təqdirdə, korrupsiyaya qarşı mübarizəni gücləndirəcəyinə, o cümlədən dövlət idarəçiliyində daha çox şəffaflığın təmin edilməsinə söz verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti