Bakı. Trend:
Dünya birliyi nüvə silahı sınaqlarından həmişəlik imtina etməli, bu silah növü tarixdə qalmalıdır.
Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibi Antonio Quterreş öz "Twitter" səhifəsində deyib.
"Dünyamız kifayət qədər uzun müddət nüvə silahının girovluğunda qalır. Bu ölüm cihazları nə qələbəyə, nə də təhlükəsizliyə zəmanət vermir, onlar yalnız məhv etmək üçündür. Gəlin [nüvə silahlarının] sınağının həmişəlik sona çatmasını və nüvə silahlarının birdəfəlik tarixinə yazılmasını təmin edək", - deyə A.Quterreş bildirib.