...

Bayden Konqresdən Tayvana silah satışını təsdiq etməyi istəyəcək

Dünya xəbərləri Materials 30 Avqust 2022 05:25 (UTC +04:00)
Bayden Konqresdən Tayvana silah satışını təsdiq etməyi istəyəcək

Bakı. Trend:

Co Bayden administrasiyası Tayvana təxminən 1,1 milyard dollarlıq silah satışı üçün rəsmi olaraq Konqresin icazəsini almağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Politico" qəzeti məlumat yayıb.

Mənbələrin sözlərinə görə, sözügedən silah paketinə 60 ədəd "AGM-84L Harpoon Block II" raketi və 100 ədəd "AIM-9X Block II Sidewinder" taktiki raketləri daxildir.

Qeyd edilir ki, bu məsələnin işlənilməsi ilkin mərhələdədir. Bununla belə, “Politico” hesab edir ki, prezidentin müraciətinə Nümayəndələr Palatasının və Senatın müvafiq komitələrində baxıldıqdan sonra “qanunvericilər çox güman ki, satışı təsdiq edəcəklər”.

Bildirilir ki, Konqresdə davam edən məzuniyyətlər nəzərə alındıqda, proses bir qədər gecikə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti