...

ABŞ-da meymunçiçəyinə yoluxma hallarının sayı 20 mini ötüb

Dünya xəbərləri Materials 7 Sentyabr 2022 03:31 (UTC +04:00)
ABŞ-da meymunçiçəyinə yoluxma hallarının sayı 20 mini ötüb

Bakı. Trend:

ABŞ-da meymunçiçəyinə yoluxma hallarının sayı 20 mini ötüb.

Trend xəbər verir ki, bu barədə ölkəin Federal Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildirilib.

Məlumata əsasən, sentyabrın 6-sı üçün yoluxma hallarının sayı 20 733-ə çatıb.

Ən çox yoluxma halları Nyu-York (3 833), Kaliforniya (3 526) və Florida (2 126) ştatlarında qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti