...

III Çarlz Britaniyanın yeni kralı elan olundu

Dünya xəbərləri Materials 10 Sentyabr 2022 13:29 (UTC +04:00)
III Çarlz Britaniyanın yeni kralı elan olundu
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

III Çarlz Böyük Britaniyanın yeni kralı elan olunub.

Trend-in məlumatına görə, mərasim Londonda Sent-Ceyms sarayında baş tutub.

Mərasimdə ilkin olaraq kraliça II Elizabetin ölümü rəsmi elan edilib. Daha sonra 74 yaşlı Çarlzın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Millətlər Birli rəhbəri olduğu elan edilib.

Bu münasbətlə Britaniyada bayraqlar 24 saatlıq müddətə yüksəldilib.

Qeyd edək ki, kraliçanın ölümü ilə əlaqədar bayraqlar 10 gün müddətinə yarıya endirilib.

Xatırladaq ki, II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti