...

Tayvanda zəlzələ olub, ölən və xəsarət alanlar var

Dünya xəbərləri Materials 18 Sentyabr 2022 23:39 (UTC +04:00)
Tayvanda zəlzələ olub, ölən və xəsarət alanlar var

Bakı. Trend:

Bazar günü Tayvanın şərqində baş verən 6,8 bal gücündə güclü zəlzələ nəticəsində azı bir nəfər ölüb, 79 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə adanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Məlumata əsasən, zəlzələ nəticəsində eyni zamanda körpülərə, tikililərə və infrastruktur obyektlərinə zərər dəyib.

Təbii fəlakət bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Rəsmilərin məlumatına görə, 72 məktəbin binasına ziyan dəyib.

Xatırladaq ki, bu gün Tayvanda 6,8 bal gücündə zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti