Bakı. Trend:
Böyük Britaniyada kral III Çarlzın əks olunduğu yeni funt sterlinq əskinasları bu ilin sonuna kimi təqdim olunacaq.
Trend-in məlumatına görə, bu barədə İngiltərə Bankının açıqlamasında deyilir.
Yeni pulların dövriyyəyə 2024-cü ilin ortalarında daxil olacağı proqnozlaşdırılır. Eyni zamanda mərhum kraliça II Elizabetin əks olunduğu əskinaslar da qüvvədə qalmaqda davam edəcək.
Xatırladaq ki, II Elizabet 70 illik hakimiyyətdən sonra sentyabrln 8-də 96 yaşında vəfat edib.