...

"Google" istifadəçi məlumatlarının qanunsuz toplanmasına görə Arizona ştatına 85 milyon dollar ödəyəcək

Dünya xəbərləri Materials 5 Oktyabr 2022 03:18 (UTC +04:00)
"Google" istifadəçi məlumatlarının qanunsuz toplanmasına görə Arizona ştatına 85 milyon dollar ödəyəcək

Bakı. Trend:

"Google" şirkəti istifadəçilərin yeri barədə məlumatların qeyri-qanuni toplanması ilə bağlı məhkəmən iddiasını həll etmək üçün Arizona ştatına 85 milyon dollar ödəyəcək.

Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Arizona ştatının baş prokuroru Mark Brnoviçə istinadən məlumat yayıb.

Məlumata əsasən, 2020-ci ilin may ayında Arizona ştatı "Google"u istehlakçıları fırıldaqçılıqdan qoruyan ştat qanununu pozmaqda ittiham edib. İstifadəçilər cihazların geolokasiya tarixçəsini qeyd edən funksiyanı söndürdükdən sonra şirkət digər parametrlər vasitəsilə məkan məlumatlarını toplayıb.

"Google" öz müdafiəsində bildirib edib ki, ştatın istehlakçıların müdafiəsi qanunu iddia edilən saxtakarlığın satış və ya reklamla əlaqəli olmasını tələb edir. Bununla belə, Arizona ştatının hakimi şirkətin işə xitam vermək tələbini rədd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti