...

Rusiya monteneqrolu nazirlərin ölkəyə girişini qadağan edib

Dünya xəbərləri Materials 14 Oktyabr 2022 13:57 (UTC +04:00)
Rusiya monteneqrolu nazirlərin ölkəyə girişini qadağan edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Monteneqronun xarici işlər naziri Ranko Krivokapiç, müdafiə naziri Raşko Koneviç və Milli Təhlükəsizlik Agentliyinin sabiq direktoru Savo Kenteranın ölkəyə daxil olmasını qadağan edib.

Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in bu gün Monteneqro səfirliyinə ünvanlanmış notasında deyilir.

Qeyd olunur ki, bu addım Monteneqronun sentyabrın sonunda 6 rusiyalı diplomatın arzuolunmaz şəxs elan olunması qərarına cavab olaraq atılıb.

Həmin qərardan sonra Monteneqronun Rusiyadakı səfirliyinin konsulluq şöbəsi də işini dayandırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti