...

Londonda kral Çarlzın mum fiquru hücuma məruz qalıb

Dünya xəbərləri Materials 24 Oktyabr 2022 16:05 (UTC +04:00)
Londonda kral Çarlzın mum fiquru hücuma məruz qalıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın paytaxtı Londonda ekologiya fəalları Madam Tüssonun mum fiqurlar muzeyində kral III Çarlzın heykəlinə hücum edib.

Trend-in bazar ertəsi məlumatına görə, "Neftə son verin" yazılı geyimdə olan iki nəfər heykəlin üzərinə şokoladlı tort atıb.

Həmin şəxslər polis tərəfindən saxlanılıb.

Bu, ekologiya fəallarının həyata keçirdiyi ilk hücum olmayıb. Belə ki, oktyabrın 14-də Londonda Vinsent van Qoqun "Günəbaxanlar" rəsminin üzərinə şorba atılmışdı. Ötən gün isə Almaniyanın Potsdam şəhərində Klod Monenin "Ot tayası" rəsm əsəri oxşar hücuma məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti