...

Britaniya kralı Rişi Sunaka yeni hökuməti formalaşdırmağı tapşırıb

Dünya xəbərləri Materials 25 Oktyabr 2022 15:06 (UTC +04:00)
Britaniya kralı Rişi Sunaka yeni hökuməti formalaşdırmağı tapşırıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya kralı III Çarlz Mühafizəkarlar partiyasının yeni sədri, baş nazir Rişi Sunaka yeni hökuməti formalaşdırmağı tapşırıb.

Trend-in məlumatına görə, kral yeni baş naziri bu gün Bukingem sarayında qəbul edib.

Daha əvvəl isə, sabiq baş nazir Liz Trass III Çarlza istefasını rəsmən təqdim edib.

Xatırladaq ki, L.Trass sentyabrın əvvəlində baş nazir seçildikdən sonra ötən həftə istefaya yollanmışdı.

O, sentyabr ayında Boris Consonu baş nazir vəzifəsində əvəz etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti