...

Sloveniyada dizel yanacağının qiyməti 9% artıb

Dünya xəbərləri Materials 26 Oktyabr 2022 00:38 (UTC +04:00)
Sloveniyada dizel yanacağının qiyməti 9% artıb

Bakı. Trend:

Sloveniyada avtomobil yollarının kənarındakı yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiyməti oktyabrın 25-dən 9,1% artıb.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Sloveniya Mətbuat Agentliyi məlumat verir.

Çərşənbə avtomagistrallardan kənarda dizel yanacağının bir litrinin qiyməti 1,775 avro, oktan dərəcəsi 95 olan benzinin bir litrinin qiyməti isə 1,43 avro olaraq müəyyən edilib.

Oktyabrın 11-də agentlik Sloveniyada avtomagistrallardan kənarda yerləşən yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiymətinin 5% artdığını bildirib. Nəticədə dizelin bir litrinin qiyməti 1, 684 avro, benzinin bir litrinin qiyməti 1,414 avro müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti