...

Sunak və Bayden İndoneziyada keçiriləcək G20 sammitində görüşmək barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 26 Oktyabr 2022 03:15 (UTC +04:00)
Sunak və Bayden İndoneziyada keçiriləcək G20 sammitində görüşmək barədə razılığa gəliblər

Bakı. Trend:

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak və ABŞ Prezidenti Co Bayden arasında çərşənbə axşamı telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın yeni Baş nazirinin mətbuat xidmətindən bildirilib.

"Liderlər həm ikitərəfli, həm də AUKUS paktının sabitliyin qurulmasına və Çinin təsirinə qarşı mübarizəyə kömək etdiyi Hind-Sakit okeanı kimi regionlarda Böyük Britaniya-ABŞ əməkdaşlığını müzakirə ediblər", - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, R.Sunak və C.Bayden "Ukrayna xalqını dəstəkləməkdə ölkələrinin aparıcı rolundan da danışıblar".

"Liderlər İndoneziyada keçiriləcək G20 sammitində görüşməyi səbirsizliklə gözləyirlər", - deyə açıqlamada bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti