...

Sunak Zelenski ilə tezliklə görüşməyə ümid edir

Dünya xəbərləri Materials 26 Oktyabr 2022 07:26 (UTC +04:00)
Sunak Zelenski ilə tezliklə görüşməyə ümid edir

Bakı. Trend:

Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı R.Sunakın mətbuat xidmətindən bildirilib.

"Baş nazir bildirib ki, Britaniyanın Ukraynaya dəstəyi onun baş nazir olduğu dövrdə həmişə olduğu kimi güclü olacaq və V.Zelenski Britaniya hökumətinin Ukrayna ilə həmrəylik nümayiş etdirməyə davam edəcəyinə ümid edə bilər", - deyə açıqlamada bildirilir.

R.Sunak həmçinin nüvə təhlükəsizliyi və şəffaflıq naminə, eləcə də hər hansı dezinformasiyanın təkzib edilməsi üçün AEBA-nın Ukraynadakı işinin vacibliyini qeyd edib.

Eyni zamanda, baş nazir bu vəzifəyə təyin olunması münasibətilə təbrikə görə Ukrayna rəhbərinə təşəkkür edib və yaxın zamanda şəxsən görüşəcəklərinə ümid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti