...

BMT İrandakı terror aktını pisləyib

Dünya xəbərləri Materials 27 Oktyabr 2022 07:48 (UTC +04:00)
BMT İrandakı terror aktını pisləyib

Bakı. Trend:

İranın Şiraz şəhərində Şahçeraq məbədində törədilən terror aktı həqiqətən qınanmağa layiqdir və biz bütün terror aktlarını pisləyirik.

Trend-in məlumatına görə, bu barədə BMT baş katibinin mətbuat katibi Stefan Düjarrik deyib.

"İranda dini yerə edilən hücum həqiqətən qınanmağa layiqdir və biz bütün terror aktlarını pisləyirik", - deyə o bildirib.

Qeyd edək ki, oktaybrın 26-da axşam saatlarında üç silahlı şəxs Şirazın cənub-qərbindəki Şahçeraq məbədi yaxınlığında ziyarətçilərə hücum edib. Nəticədə 15 nəfəri ölüb, 40 nəfəri yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti