...

Britaniyada kral III Çarlzın əks olunduğu yeni sikkələrin buraxılışı başlayıb

Dünya xəbərləri Materials 28 Oktyabr 2022 10:39 (UTC +04:00)
Britaniyada kral III Çarlzın əks olunduğu yeni sikkələrin buraxılışı başlayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada kral III Çarlzın əks olunduğu yeni sikkələrin buraxılışı başlayıb.

Trend-in məlumatına görə, bu barədə bu gün İngiltərə mətbuatı yazır.

Qeyd olunur ki, kralın təsvir olunduğu 50 pens dəyərində sikkələr dekabr ayında ölkədaxili dövriyyəyə buraxılacaq. Bu il ərzində ümumilikdə 10 milyona yaxın yeni sikkənin istehsa olunması gözlənilir.

Xatırladaq ki, sentyabr İngiltərə Bankı 2024-cü ildən III Çarlzın əks olunduğu yeni əskinasların dövriyyəyə buraxılacağını elan etmişdi.

Eyni zamanda sabiq kraliça III Elizabetin əks olunduğu əskinaslar da qüvvədə qalmaqda davam edəcək

Yeni pulların dövriyyəyə 2024-cü ilin ortalarında daxil olacağı proqnozlaşdırılır. Eyni zamanda mərhum kraliça II Elizabetin əks olunduğu əskinaslar da qüvvədə qalmaqda davam edəcək.

Xatırladaq ki, II Elizabet 70 illik hakimiyyətdən sonra sentyabrın 8-də 96 yaşında vəfat edib. III Çarlz sentyabrın 10-da kral elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti