...

Aİ Livan və İsrail arasında dəniz sərhədi ilə bağlı razılaşmanı tarixi adlandırıb

Dünya xəbərləri Materials 29 Oktyabr 2022 04:44 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Livan və İsrail arasında dəniz sərhədinin delimitasiyası barədə sazişin imzalanmasını alqışlayır.

Trend xəbər verir ki, bu barədə cümə günü Avropa Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi deyib.

"Bu tarixi saziş iki qonşunun, eləcə də bütövlükdə regionun sabitliyinə və rifahına töhfə verəcək. Aİ tərəfləri konstruktiv əməkdaşlığı davam etdirməyə çağırır", - deyə rəsmi nümayəndənin açıqlamasında deyilir.

Açıqlamada ABŞ-ın danışıqlara töhfəsi yüksək qiymətləndirilir.

"Aİ həm İsrail, həm də Livanla tərəfdaşlığı inkişaf etdirməyə və hamının xeyrinə olacaq regional əməkdaşlıq səylərini dəstəkləməyə hazırdır", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti