...

Panama bayrağı altında yük gəmisi Tayvan sahillərində batıb

Dünya xəbərləri Materials 1 Noyabr 2022 07:36 (UTC +04:00)

Bakı. Trend:

Panama bayrağı altında sement daşıyan yük gəmisi Tayvan adasının qərbində batıb.

Trend-in məlumatına görə, bu barədə Çinin Mərkəzi Televiziyası xəbər verib.

Məlumata əsasən, 12 nəfər itkin düşmüş hesab olunur.

Hadisə bazar ertəsi axşam saatlarında Çjanxua şəhərinin sularında baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, gəminin su basmasına səbəb əsas mühərrikdə texniki nasazlıq olub.

Qəza zamanı gəmidə 17 nəfər olub. Onlardan beşi xilas oluna bilib, onlar yaxınlıqdakı gəmilər tərəfindən götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti