Bakı. Trend:
Ermənistanda aparılan laboratoriya tədqiqatları nəticəsində H1N1 yarımnövünün A tipli (donuz qripi) qripinin oyandırıcısı aşkar edilib.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.
Mərkəzdən qeyd ediblər ki, qripdən qorunmağın ən yaxşı yolu peyvənd olunmaqdır.