...

Türkiyədə illik inflyasiya 85 faizi ötüb

Dünya xəbərləri Materials 3 Noyabr 2022 11:46 (UTC +04:00)
Türkiyədə illik inflyasiya 85 faizi ötüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin oktyabr ayında Türkiyədə illik inflyasiya 85,51 faiz olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Statistika Komitəsinin bugünkü hesabatında deyilir.

Qeyd olunur ki, inflyasiya sentyabr ayı ilə müqayisədə 3,54 faiz, ötən ilin dekabrından bəri isə 57,8 faiz artıb.

İl ərzində ən çox nəqliyyat xidmətləri (117,15 faiz), ərzaq məhsulları (99,05 faiz) və ev əşyaları (93,63 faiz) bahalaşıb.

Sentyabr ayında Türkiyədə illik inflyasiya 83,45 faiz təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti