...

"Taxıl dəhlizi" yenidən iş düşdükdən sonra Ukrayna limanlarından daha 6 gəmi yola düşüb

Dünya xəbərləri Materials 3 Noyabr 2022 12:37 (UTC +04:00)
"Taxıl dəhlizi" yenidən iş düşdükdən sonra Ukrayna limanlarından daha 6 gəmi yola düşüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Taxıl dəhlizi" yenidən iş düşdükdən sonra Ukrayna limanlarından daha 6 gəmi yola düşüb.

Trend-in məlumatına görə, bunu bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar ordu rəhbərliyi ilə görüşü zamanı açıqlamasında deyib.

"Oktyabrın 29-da Rusiyanın "taxıl sazişi"ndən çəkilməsindən sonra prezidentlər arasında danışıqlar keçirilib. Görülən işlər nəticəsində lazımi nəticə əldə olundu və "taxıl dəhlizi" yenidən işə başlaydı. Artıq daha 6 gəmi Ukrayna limanlarında yola düşüb. Bugünədək yola düşən gəmilərin sayı 426-ya çatıb və daşınan taxılın həcmi 9,7 milyon tonu ötüb", - deyə o bildirib.

Xatırladaq ki, Rusiya XİN ötən həftə Qara dənizdə təhlükəsizlik məsələlərini əsas gətirərək sazişin icrasını dayandırdığını elan etmişdi.

"Taxıl sazişi" bu ilin avqustunda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında əldə olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti