Bakı. Trend:
Şimali Koreya bu gün səhər saatlarında dörd qısamənzilli ballistik raketin buraxılışını həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə Cənubi Koreya mətbuatı hərbi mənbələrə istinadən yazır.
Qeyd olunur ki, raketlər Sarı dəniz istiqamətində buraxılıb və 130 kilometr məsafə qət edib. Raketlərin uçuş hündürlüyü 20 kilometr təşkil edib.
Digər təfərrüatlar barədə məlumat verilməyib.
Qeyd edək ki, Şimali Koreya bu həftə ərzində ard-arda raket sınaqları həyata keçirib.