...

ABŞ-da naməlum şəxs lotereyada 2 milyard dollardan çox udub

Dünya xəbərləri Materials 9 Noyabr 2022 04:48 (UTC +04:00)
ABŞ-da naməlum şəxs lotereyada 2 milyard dollardan çox udub

Bakı. Trend:

ABŞ-da "Powerball" lotereyasının oyunçusu 2,04 milyard dollarlıq cekpot qazanıb.

Trend-in məlumatına görə, bu barədə "Los Angeles Times" qəzeti xəbər verib.

Məlumata əsasən, lotereya rəsmiləri ən azı bir biletin çərşənbə axşamı elan edilən bütün nömrələrə uyğun gəldiyini təsdiqləyib.

Eyni zamanda, onlar qalib haqqında məlumat, eləcə də uduşlu biletlərin sayını dəqiqləşdirməyiblər. Birdən çox olarsa, mükafat fondu bölünəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti