...

Sunak Şimali İrlandiya üzrə danışıqlarında irəliləyişdən məmnundur

Dünya xəbərləri Materials 11 Noyabr 2022 06:25 (UTC +04:00)
Sunak Şimali İrlandiya üzrə danışıqlarında irəliləyişdən məmnundur

Bakı. Trend:

Böyük Britaniya hökumətinin yeni başçısı Rişi Sunak Şimali İrlandiya ilə bağlı mübahisəli protokol üzrə Dublinlə aparılan danışıqların ilk nəticələrindən məmnundur.

Trend xəbər verir ki, bunu R.Sunak Britaniya KİV-lərinə İrlandiyanın baş naziri Mixol Martin ilə cümə axşamı görüşündən sonra deyib.

"Mən danışıqlar yolu ilə həll yolu tapmağa üstünlük verərdim və vəzifədə olduğum ilk günlərdə əldə olunan irəliləyişdən məmnunam", - deyə baş nazir bildirib.

Baş nazirin ofisindən verilən məlumata görə, R.Sunak Dublin və Brüssellə kompromis həll yolu tapmağa və danışıqlara “güclü üstünlük verir”.

"O, hər hansı bir razılaşmanın protokolun yaratdığı problemlərin tam spektrini əhatə etməli olduğunu təkrarladı, lakin çevik və praqmatik yanaşmaya ümid etdiyini bildirdi", - deyə baş nazirin ofisindən bildirilib.

Eyni zamanda, qeyd edilib ki, R.Sunak və M.Martin Ukraynadakı münaqişə və Avropadakı “enerji böhranı” fonunda Britaniya-İrlandiya əməkdaşlığının gücləndirilməsi mövzusuna toxunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti