...

Putin G20 ölkələrinin sammitində iştirak etməyəcək

Dünya xəbərləri Materials 11 Noyabr 2022 13:44 (UTC +04:00)
Putin G20 ölkələrinin sammitində iştirak etməyəcək
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin G20 ölkələrinin sammitində və Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) təşkilatının sammitində iştirak etməyəcək.

Trend-in məlumatına görə, bunu bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, V.Putinin həmin iclaslarda onlayn formatda da iştirakı nəzərdə tutulmur.

Xatırladaq ki, ötən həftə D.Peskov Rusiya prezidentinin G20 və APEC sammitlərində iştirakı məsələsinin Kremldə müzakirə olunduğunu elan etmişdi.

Qeyd edək ki, G20 sammiti noyabrın 15-16-da İndoneziyanın Bali adasında, APEC iclası noyabrın 18-19-da Tailandın paytaxtı Banqkokda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti