...

Britaniya baş naziri zəngin ölkələri taxıl ehtiyatlarını boşaltmağa çağırıb

Dünya xəbərləri Materials 14 Noyabr 2022 07:34 (UTC +04:00)
Britaniya baş naziri zəngin ölkələri taxıl ehtiyatlarını boşaltmağa çağırıb

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Rişi Sunak zəngin kənd təsərrüfatı ölkələrini dünyada artan aclıq problemi ilə mübarizə aparmaq üçün taxıl ehtiyatlarını boşaltmağa çağırıb.

Trend-in məlumatına görə, bu barədə Britaniya hokümətinin başçısı "The Daily Telegraph" qəzetinin saytında dərc olunan məqalədə yazıb.

"Mən BMT Baş katibinin [Antonio Quterreşin] Qara dənizdə taxıl daşınmasını təmin etmək üçün [səylərini] dəstəkləyirəm və tədarükün artırılmasına kömək etmək üçün daha çox ərzaq istehsal edə bilən və ya ehtiyatları boşalta bilən bütün ölkələri bunu etməyə çağırıram", deyə R.Şunak bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti