...

Gələcəkdə hakimiyyətin bütün əsas institutlarında islahatlar aparılacaq - Tokayev

Dünya xəbərləri Materials 21 Noyabr 2022 01:55 (UTC +04:00)

Bakı. Trend:

Gələcəkdə hakimiyyətin bütün əsas institutlarında islahatlar aparılacaq.

Trend xəbər verir ki, bunu bazar günü Respublika İctimai Qərargahında "Açıq Cəmiyyət" Beynəlxalq Regional Araşdırmalar İnstitutunun növbədənkənar prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticələri ilə tanış olan Kasım-Jomart Tokayev deyib.

Tokayev əmindir ki, prezident seçkiləri yeni siyasi dövr açır və gələcəkdə hakimiyyətin bütün əsas institutlarında islahatlar aparılacaq.

"Biz konstitusiya islahatını aydın və ardıcıl həyata keçirəcəyik. Biz ölkənin siyasi quruluşunun yeni formasına keçirik. İqtisadiyyatda köklü dəyişikliklər baş verəcək. Biz vətəndaşların rifahını yaxşılaşdıracağıq. Bütün bu məqsədləri reallığa çevirmək üçün bizə birlik lazımdır. Ona görə də hamınızı birliyə səsləyirəm!", - deyə Kasım-Jomart Tokayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti