...

Avropa Komissiyası PUA bazarının inkişafı üçün yeni strategiya təklif edib

Dünya xəbərləri Materials 30 Noyabr 2022 09:57 (UTC +04:00)
Avropa Komissiyası PUA bazarının inkişafı üçün yeni strategiya təklif edib

Bakı. Trend:

Avropa Komissiyası (AK) pilotsuz uçuş aparatları (PUA) üzrə Avropa bazarının gələcək inkişafı üçün yeni strategiya təklif edib.

Bu barədə Trend “İnterfaks”a istinadən xəbər verir.

“Yeni strategiya Avropanın pilotsuz uçuş aparatları ilə irimiqyaslı kommersiya əməliyyatlarını necə həyata keçirə biləcəyini aydınlaşdırır”, - deyə AK-nin Brüsseldə dərc olunmuş açıqlamasında deyilir.

Sənəddə qeyd olunur ki, “Aİ-nin hərtərəfli tənzimləyici normativ-bazası sayəsində dronlar Avropa səmasında yüz minlərlə saat ərzində təhlükəsiz uçuşlar həyata keçirir. İnfrastrukturun tədqiqi, neft itkisinin monitorinqi və ya torpaq nümunələrinin götürülməsi buna misaldır”.

Avropa İttifaqında (Aİ) tibb sahəsində də dronlardan istifadə etməklə, məsələn, səhiyyə xidmətləri arasında tibbi nümunələrin daşınması üçün layihələr də uğurla inkişaf edir.

Brüssel bəyan edib ki, 2023-cü ilin yanvarında ““U-kosmik” dronların təhlükəsiz hərəkəti üçün dünyada yeganə Avropa sistemi”nin tətbiqi onların köməyi ilə əməliyyat növlərinin genişləndirilməsinə zəmin yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti