...

Türkiyədə limanda partlayış olub (VİDEO)

Dünya xəbərləri Materials 2 Dekabr 2022 13:00 (UTC +04:00)
Türkiyədə limanda partlayış olub (VİDEO)

Bakı. Trend:

Türkiyənin Samsun limanında partlayış olub.

Bu barədə Trend DHA-ya istinadən məlumat verir. Limanda gəmilərdən götürülən tullantı yağların saxlandığı çənlərdən birində baş verən partlayış nəticəsində yanğın başlayıb.

Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Ekipajların müdaxiləsi ilə yanğın nəzarət altına alınaraq söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti