Bakı. Trend:
Rusiya və Türkmənistan iki dövlət arasında ticarət-iqtisadi əməkdaşlığa dair əsaslı sənədlər paketi imzalayacaqlar.
Trend TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkmənistanlı həmkarı Rəşid Meredovla görüşü zamanı deyib.
Lavrovun sözlərinə görə, dekabrın 7-də ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədrinin rəhbərliyi ilə görüş keçiriləcək.
"Türkmənistan bizim yaxın dostumuz, strateji tərəfdaşımızdır", - deyə Rusiya XİN rəhbəri deyib.
Onun sözlərinə görə, Moskva Türkmənistanla ikitərəfli münasibətlərin inkişafına, regional və beynəlxalq səviyyədə əməkdaşlığa xüsusi diqqət yetirir.