...

Polşa 116 Abrams tankı alıb

Dünya xəbərləri Materials 5 Yanvar 2023 08:39 (UTC +04:00)
Polşa 116 Abrams tankı alıb

Bakı. Trend:

Polşa ABŞ-dan daha 116 Abrams tankı alıb.

Trend xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

“Milli müdafiə naziri Mariuş Blaşçak Polşa ordusu üçün 116 Abrams tankının tədarükü üçün müqaviləni təsdiqləyib. Tanklar Polşa Respublikasının silahlı qüvvələrinin tələblərinə uyğunlaşdırılacaq”, - Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, polşalılar tanklarla birlikdə ehtiyat hissələri və diaqnostika avadanlıqlarının təmiri üçün səyyar konteyner emalatxanaları alacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti