...

“Sputnik Litva”nın baş redaktoru Marat Kasem casusluq ittihamı ilə saxlanılıb

Dünya xəbərləri Materials 5 Yanvar 2023 20:18 (UTC +04:00)
“Sputnik Litva”nın baş redaktoru Marat Kasem casusluq ittihamı ilə saxlanılıb

Bakı. Trend:

“Sputnik Litva”nın baş redaktoru Marat Kasem Riqada casusluq ittihamı ilə saxlanılıb.

Trend-in cümə axşamı Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Sputnik Litva"nın baş redaktoru Marat Kasem Latviya xüsusi xidmət orqanları tərəfindən saxlanıldıqdan sonra casusluq və Aİ sanksiyalarını pozmaqda ittiham olunaraq Riqada həbs edilib.

Qeyd olunur ki, Kasem Aİ-nin Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalarını pozmaqda, həmçinin, casusluqda ittiham olunur. Casusluq maddəsi, Litva qanunlarına görə, 20 ilə qədər həbs cəzası nəzərdə tutur.

Marat Kasem Latviya vətəndaşlığına malikdir, lakin son illərdə o, Moskvada "Sputnik Litva"nın da daxil olduğu “Rossiya Seqodnya” media qrupunda işləyir. Dekabrın 30-da jurnalist ailə işi ilə bağlı Latviyaya gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti