...

Türkiyədə avtobusla yük maşını toqquşub, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 11 Yanvar 2023 02:07 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonunda avtobusla yük maşını toqquşub.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, qəzada həlak olan şəxs yük maşınının sürücüsüdür. Bildirilir ki, onun sürücülük vəsiqəsi olmayıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti