Bakı. Trend:
"Falcon 9" daşıyıcı raketi "Starlink" qlobal İnternet əhatə dairəsinin orbital qrupunu artırmaq üçün 53 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.
Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkətindən bildirilib.
Məlumata əsasən, buraxılışın Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi adına Kosmik Mərkəzinin 39A start kompleksindən ABŞ-ın Şərq Sahil vaxtı ilə saat 02:43-də baş tutması planlaşdırılır.
Raketin buraxılışından 1 saat 9 dəqiqə sonra "Starlink" peykləri ikinci mərhələdən ayrılaraq adi orbitə çıxmalıdırlar.