...

Türk Hava Yolları uçuş cədvəlinin dəyişə biləcəyi ilə bağlı xəbərdarlıq edib

Dünya xəbərləri Materials 4 Fevral 2023 04:16 (UTC +04:00)
Türk Hava Yolları uçuş cədvəlinin dəyişə biləcəyi ilə bağlı xəbərdarlıq edib

Bakı. Trend:

Türk Hava Yolları ölkənin əksər ərazisini əhatə edəcək güclü qar səbəbindən uçuş cədvəlinin dəyişə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Trend xəbər verir ki, bu barədə şirkətin “Twitter“ səhifəsində bildirilir.

“Fevralın 5-də gözlənilən hava şəraiti bəzi uçuşlarımıza təsir edə bilər”, - deyə məlumatda bildirilir.

Şirkət müştərilərdən uçuşlarının vəziyyətini əvvəlcədən onlayn yoxlamağı xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti