...

İraqda 3 mərtəbəli yaşayış binası çöküb, ölənlər var

Dünya xəbərləri Materials 5 Fevral 2023 20:50 (UTC +04:00)
İraqda 3 mərtəbəli yaşayış binası çöküb, ölənlər var

Bakı. Trend:

İraqın Bəsrə əyalətində 3 mərtəbəli yaşayış binası çöküb.

Trend "Shafaq News" portalına istinadən xəbər verir ki, binanın çökməsi nəticəsində azı 2 nəfər həlak olub.

Məlumata əsasən, xilasedicilər binanın çökməsinə əsas səbəb kimi birinci mərtəbədə baş verən yanğını göstəriblər. Təhlükəsizlik xidmətləri yalnız yanğın lokallaşdırıldıqdan sonra ölənlərin cəsədlərini tapa bilib.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti