...

İstanbulda əlverişsiz hava şəraiti ilə əlaqədar 170 reys təxirə salınıb

Dünya xəbərləri Materials 6 Fevral 2023 06:26 (UTC +04:00)
İstanbulda əlverişsiz hava şəraiti ilə əlaqədar 170 reys təxirə salınıb

Bakı. Trend:

“Türk Hava Yolları” İstanbulda gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar ümumilikdə 170 reysin ləğv edildiyini açıqlayıb.

Trend-in xəbərinə görə, bu barədə şirkətin media ilə əlaqələr üzrə vitse-prezidenti Yəhya Üstün “Twitter“ səhifəsində bildirib.

Qeyd olunub ki, İstanbul hava limanından 152, Sabiha Gökçen hava limanından isə 18 reys ləğv edilib.

“Sərnişinlərə aviaşirkətin səhifəsində ən son uçuş məlumatlarını yoxlamaq təklif olunur”, – deyə Y.Üstün bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti