...

Türk Qızıl Aypara Cəmiyyəti Türkiyə vətəndaşlarını qan verməyə dəvət edib

Dünya xəbərləri Materials 6 Fevral 2023 08:05 (UTC +04:00)
Türk Qızıl Aypara Cəmiyyəti Türkiyə vətəndaşlarını qan verməyə dəvət edib

Bakı. Trend:

Türk Qızıl Aypara Cəmiyyəti vətəndaşları qan verməyə dəvət edib.

Trend xəbər verir ki, bu barədə təşkilatın Türkiyə nümayəndəliyinin rəhbəri Kərəm Kınık məlumat verib.

“Birinci mərhələdə təchizat üçün kifayət qədər qan ehtiyatımız var, lakin növbəti mərhələdə ehtiyacı qarşılamaq üçün vətəndaşlardan gün ərzində qan verməyi xahiş edirəm” – deyə Kınık bildirib.

Qeyd edək ki, bu gün Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti