...

Hatayda 7 aylıq körpə dağıntı altından çıxarılıb

Dünya xəbərləri Materials 12 Fevral 2023 06:25 (UTC +04:00)
Hatayda 7 aylıq körpə dağıntı altından çıxarılıb

Bakı. Trend:

Türkiyənin Hatay vilayətində axtarış-xilasetmə əməliyyatları zamanı 140 saatdan sonra 7 aylıq körpə dağıntılar altından sağ çıxarılıb.

Trend xəbər verir ki, xilas edilən Həmzə adlı 7 aylıq körpə təcili yardımla xəstəxanaya aparılıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti