Bakı. Trend:
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Trend xəbər verir ki, bu barədə U.fon der Lyayen özünün "Twitter" səhifəsində yazıb.
"Dağıdıcı zəlzələ nəticəsində baş verən fəlakətli insan tələfatı və dağıntılara görə Türkiyə xalqına dərin hüznlə başsağlığı vermək və əlavə dəstəyi müzakirə etmək üçün Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdım.
Avropa sizinlədir", - deyə Avropa Komissiyasının Prezidenti bildirib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.
Zəlzələ nəticəsində ölənlərin sayı sayı 29 605-ə çatıb, yaralı sayı isə 80 min nəfəri ötüb.