...

Bəzi bölgələrdə axtarış işləri bitib, heyətlər geri qayıdır - Çavuşoğlu

Dünya xəbərləri Materials 15 Fevral 2023 11:48 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Türkiyənin zəlzələ bölgələrində 76 ölkədən 7606 nəfərlik heyət axtarış-xilasetmə işləri görür.

Trend-in məlumatına görə, bu barədə bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, daha iki ölkə zəlzələ bölgələrinə axtarış-xilasetmə fəaliyyəti üçün heyət göndərəcək.

"Fəaliyyətini tamamalyıb geri qaydınlar da var. Artıq 12 ölkədən heyət ölkələrinə geri qayıdıb. Bəzi bölgələrdə axtarış-xilasetmə işi bitib. Hazırda əsas olaraq sığınacaq işləri ilə məşğul oluruq", - deyə M.Çavuşoğlu əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti