Bakı. Trend:
"Türkiyə, tək ürək" kampaniyası çərçivəsində toplanan vəsaitin həcmi 105 milyard lirəni ötüb.
Trend xəbər verir ki, hazırda toplnan vəsait 108 milyard 663 milyon 563 min lirə təşkil edir.
Qeyd edək ki, Azərbaycan və Türkiyə teleradio kanallarının “Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində ortaq yayımı gedir. Yayım zamanı yığılan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.