...

Co Bayden silahlı hücumları ABŞ-ın “epidemiyası” adlandırıb

Dünya xəbərləri Materials 18 Fevral 2023 08:31 (UTC +04:00)

Bakı. Trend:

Amerika Prezidenti Co Bayden ABŞ-da tez-tez baş verən silahlı zorakılıq və hücumları “epidemiya” adlandırıb.

Trend-in məlumatına görə, ABŞ Prezidenti Konqresi bu kimi hallara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə çağırıb. Bayden qeyd edib ki, 2023-cü ilin əvvəlindən bəri Birləşmiş Ştatlarda azı 73 kütləvi silahlı atışma hadisəsi baş verib. “Düşüncələr və dualar kifayət deyil. Silah zorakılığı “epidemiya”dır və Konqres hərəkətə keçməlidir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, fevralın 17-də ABŞ-ın Missisipi ştatında silahlı atışma olub. Nəticədə azı 6 nəfər ölüb. Polis şübhəli şəxsi saxlayıb. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti