Bakı. Trend:
ABŞ-ın Arkanzas ştatının Little-Rok Milli Hava Limanı yaxınlığında "Beech BE20" ikimühərrikli təyyarə qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bu barədə "ABC" televiziya kanalı xəbər verib.
Təyyarədə olan beş nəfərin hamısının öldüyü qeyd edilib.
"Bu zaman güclü tufan cəbhəsi yaxınlaşırdı. Bu iki hadisənin bir biri ilə bağlı olub-olmadığını bilmirəm, amma güclü külək oldu, bir neçə dəqiqə güclü yağış yağdı", - deyə yerli polis nümayəndəsi bildirib.