Bakı. Trend:
Rusiyanın “Luna-25” avtomatik stansiyasının buraxılışı iyulun ortalarına planlaşdırılır.
Trend-in məlumatına görə, bu barədə Roskosmosun mətbuat xidməti bildirib.
"2023-cü ildə astronomik “pəncərə” nəzərə alınmaqla “Luna-25” kosmik gəmisinin buraxılışı 13.07.2023-cü il tarixinə planlaşdırılır", - deyə qeyd olunub.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında Roskosmos-un baş direktoru Yuri Borisov bildirib ki, "Luna-25" missiyası gələn ilə təxirə salınıb.