...

Yunanıstanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 26-ya çatıb

Dünya xəbərləri Materials 1 Mart 2023 06:50 (UTC +04:00)

Bakı. Trend:

Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 26-ya çatıb, 85 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bunu "RTN NEWS" telekanalının efirində yanğınsöndürmə xidmətinin rəsnmi nümayəndəsi Vassilis Vatrakoyannis deyib.

"Təsdiqlənmiş məlumata görə, hazırda 26 nəfərin cəsədi çıxarılıb. Azı 85 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Hadisə yerinə 150 ​​yanğınsöndürən, 40 təcili tibbi yardım maşını və 15 patrul avtomobilində 32 polis əməkdaşı cəlb olunub", - deyə rəsmi nümayəndə bildirib.

Xatırladaq ki, Yunanıstanın Larisa şəhəri yaxınlığında yerləşən Evangelizmos yaşayış məntəqəsində iki qatar toqquşaraq relsdən çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti