...

ABŞ İran neftinin daşınması və satışına görə 6 şirkətə sanksiya tətbiq edir

Dünya xəbərləri Materials 3 Mart 2023 02:09 (UTC +04:00)
ABŞ İran neftinin daşınması və satışına görə 6 şirkətə sanksiya tətbiq edir

Bakı. Trend:

ABŞ İran neftinin məhdudlaşdırıcı tədbirlərdən yayınaraq daşınması və satışına görə 6 hüquqi şəxsə və 20 tankerə qarşı sanksiya tətbiq edib.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

"Bu gün Dövlət Departamenti İran neftinin və ya neft-kimya məhsullarının daşınması və ya satışı ilə məşğul olan altı quruma sanksiya tətbiq edir", - deyə bəyanatda bildirilir.

Yeni sanksiyalar Vyetnamda yerləşən "Golden Lotus Oil Gas and Real Estate" və Çində yerləşən "Global Marine Ship Mgmt." və "Shanghai Xuanrun Shpg.", BƏƏ-də yerləşən "Swedish Management" şirkətlərinə, o cümlədən İranın "Shiraz Petrochemical" və "Bushehr Petrochemical" şirkətlərinə tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti