...

Yunanıstanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 57-yə çatıb

Dünya xəbərləri Materials 3 Mart 2023 03:34 (UTC +04:00)
Yunanıstanda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 57-yə çatıb

Bakı. Trend:

Yunanıstanda sərnişin və yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 57-yə çatıb, daha 56 nəfər itkin düşüb.

Trend xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinə istinadən "ERT" telekanalı məlumat yayıb.

Son məlumatlara əsasən, xəsarət alan 48 nəfərin hazırda xəstəxanada müalicəsi davam etdirilir, onlardan 6-nın vəziyyəti ağırdır.

Xatırladaq ki, martın 1-nə keçən gecə Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin və yük qatarı toqquşub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti